İnterpol tərəfindən axtarılan Elşən Əsgərov Azərbaycana ekstradisiya olundu


  • 17:22

Beynəlxalq axtarışda olan və terrorçuluğun maliyyələşdirilməsində ittiham edilən Azərbaycan Respublikasının vətəndaşı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tutularaq ölkəmizə ekstradisiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Əsgərov Elşən İlham oğlunun BƏƏ-də yeri müəyyən edilərək həbs olunub. İyunun 21-də nazirlik tərəfindən onun Azərbaycana ekstradisiyası uğurla həyata keçirilib.

E.Əsgərov 2024–2025-ci illər ərzində cinayətkar birlikdə iştirak etməkdə, terror aktlarının törədilməsinə hazırlıq görməkdə və xaricdəki silahlı münaqişələrdə iştirak edən şəxslərə, o cümlədən İŞİD terror təşkilatının hesablarına pul göndərməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilir.

BƏƏ ilə mövcud olan ikitərəfli müqaviləyə əsasən, Ədliyyə Nazirliyi tərəfindən göndərilən sorğu və səmərəli danışıqlar nəticəsində qarşı tərəflə ekstradisiya razılığı əldə edilib.

Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilən E.Əsgərov, məhkəmənin həbs qətimkan tədbiri qərarına uyğun olaraq istintaq təcridaxanasına yerləşdirilib.

Oxşar xəbərlər