- 12:10
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyni ölkəmizə rəsmi səfərə dəvət edib.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı iyunun 21-də İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Görüş zamanı Mazen Torki Saud Əl-Qadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırıb.