Ruslan Əliyev "Azəriqaz"ın bir qrup əməkdaşını mükafatlandırdı - FOTO


  • 26 Sentyabr 2022 10:59

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran şəhərində Birlik əməkdaşları ilə görüşüb. Hər bir əməkdaşın iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb.

E-huquq.az xəbər verir ki, Birlik əməkdaşlarının hər birinə problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb.

Baş direktor nəzarətçi-çilingərlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

"Görülən işlərin çox hissəsi məhz nəzarətçi-çilingərlərin əziyyətinin bəhrəsidir. Buna görə də mən sizə təşəkkür edirəm",- deyə Ruslan Əliyev vurğulayıb.

Daha sonra baş direktor Birliyin Lənkəran RQİİ-nin xidmət sahələrində çalışan ümumilikdə 15 əməkdaşını SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Birlik rəhbəri görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər