"Süni intellekt vəkilləri əvəz etməyəcək"


  • 10:53

"Süni intellekt vəkillərin işini daha səmərəli, daha sürətli və daha dəqiq edib".

E-huquq.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransının açılış mərasimində EYBA-nın vitse-prezidenti Federiko Kamurati deyib.

O bildirib ki, xüsusən də təfərrüatlı şəkildə nəzərdən keçirməli olan sənədlərin və məlumatların araşdırılmasında süni intellekt böyük rol oynayır.

"Süni intellekt, əlbəttə ki, artıq bir reallıqdır. Ona görə də biz bununla barışmalıyıq. Düşünürəm ki, qarşımızda duran əsl sual bu böyük yeni inqilabın riskləri ilə bağlı deyil. İndi əsl sual budur: biz, vəkillər olaraq, hansı rolu oynamaq istəyirik? Biz tez-tez süni intellektin təhlükəsinin bizi əvəz edəcəyi olduğunu eşidirik. Lakin bu qorxu əsassızdır. Fikrimcə, əsl risk qərar verməyi dayandıran vəkildir, öz qərarını süni intellektə həvalə edən vəkildir. Çünki məhz həmin vəkil əvəz olunmağa məhkum olacaq", - deyə o qeyd edib.

Oxşar xəbərlər