İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb


  • 09:55

Türkiyənin İstanbul şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltepe rayonunda qismən çökən binada axtarış-xilasetmə işləri başa çatıb.

Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 14 nəfər dağıntılar altından çıxarılıb.

İstanbul Valiliyinin məlumatına görə, sonuncu şəxsin meyiti saat 06:15-də aşkarlanıb. Ölənlərin Gülce Dora Turhan, Ahmet Muhammed İnan, Mesut Bilece, Hüseyin Özkurt və Zeynep İnan olduğu bildirilib.

Təhlükəsizlik məqsədilə ərazidəki 3 binadan 55 nəfər təxliyə edilib. Sığınacağa ehtiyacı olan 44 nəfər hotellərə yerləşdirilib.

Zərərçəkənlərə psixososial dəstək göstərilir.

Axtarış-xilasetmə əməliyyatına 774 əməkdaş, 237 nəqliyyat vasitəsi, 2 dron və 10 axtarış iti cəlb olunub.

Hazırda ərazidə dağıntıların təmizlənməsi işləri davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər