Anar Bağırov: "Azərbaycanın hüquq sistemi beynəlxalq standartlara uyğun inkişaf edir"


  • 10:31

"Zəngin tarixi ənənələrə söykənən hüquq sistemimiz müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf etməkdə davam edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransının iştirakçılarına videomüraciətində deyib.

O bildirib ki, bu gün həmin inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir ki, bu da texnologiya və innovasiyanın hüquq peşəsində getdikcə artan əhəmiyyətini əks etdirir.

"8-11 oktyabr tarixlərində Bakı dünyanın müxtəlif ölkələrindən olan gənc hüquqşünasların görüş məkanına çevrilir və sizi burada, Azərbaycanda görməkdən həqiqətən böyük məmnunluq duyuruq", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər