Yunanıstanda keçmiş hərbçi ordunun boru kəmərindən 300 min litr yanacaq oğurlayıb


  • 10:11

Yunanıstanın Saloniki şəhərinin kənd ərazisində orduya məxsus boru kəmərindən 300 min litr yanacaq oğurlamaqda təqsirləndirilən keçmiş hərbçi 5 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iş üzrə keçmiş hərbçi ilə yanaşı, ikisi cinayətə təhrikçilikdə ittiham olunan daha 4 nəfər də təqsirli bilinib.

Araşdırmalar zamanı oğurluğun həmin dövrdə ərazidə mühafizəçi kimi çalışan keçmiş hərbçinin köməyi ilə həyata keçirildiyi müəyyən edilib. Onun mülki şəxslərin əraziyə daxil olaraq boru kəmərindən yanacaq oğurlamasına şərait yaratdığı bildirilir.

Cinayətkar dəstənin qanunsuz fəaliyyəti təsadüf nəticəsində üzə çıxıb. Belə ki, bir avtomobilin kanala düşməsindən sonra polis nəqliyyat vasitəsində yanacaq oğurluğu üçün istifadə edilən alətlər aşkarlayıb. Bu tapıntı istintaqın başlanmasına və qanunsuz fəaliyyətin ifşa olunmasına səbəb olub.

Məhkəmədə ifadə verən keçmiş hərbçi hökm elan edilməzdən əvvəl məhkəmə zalını tərk edib.

Hazırda hüquq-mühafizə orqanları barəsində axtarış elan olunan keçmiş hərbçinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər