- 14:52
Türkiyənin 22 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 59 şübhəli şəxs saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər terror təşkilatına üzv olmaqda, təşkilata maliyyə dəstəyi göstərməkdə, o cümlədən onunla əlaqəli şəxslər və yardım təşkilatları vasitəsilə maliyyələşmədə, həmçinin sosial media hesabları üzərindən İŞİD-in təbliğatını aparmaqda şübhəli bilinirlər.
İŞİD-in fəaliyyətinə və maliyyə şəbəkələrinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirildiyiq eyd edilib.
Şəbnəm Mehdizadə