Deputat: "Sovet dövründən qalma küçə adlarları dəyişdirilməlidir"


  • 11:40

Ölkədə sovet dövründən qalma küçə adlarının dəyişdirilməsi təklif olunur.

E-huquq.az xəbər verir ki, bu barədə təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, sovxoz və kolxoz ifadələri sovet dövründən qalsa da, hazırda ölkədə bu adları daşıyan küçələr mövcuddur.

"Sovxoz və kolxoz bizim tarixi irsimizdir. Bu ifadələr Sovet dövründən qalma ifadələrdir. Lakin "Sabunçu sovxoz" və "Ramana sovxoz" kimi küçələrin adlarının dəyişdirilməsi məsələsinə baxılmalıdır. Bu proses əlavə vəsait xərclənmədən həyata keçirilməlidir. Bu məqamlara diqqət yetirilsə, yaxşı olar", - F.Mustafa qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər