İrəvana qaytarılan altı erməni hərbçi həbs edildi


  • 17 Yanvar 2022 21:44

2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana təhvil verilən 6 hərbçi barədə cinayət işi başlanıb və onlardan heç biri zərərçəkmiş kimi tanınmayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, əsirlikdən qayıdan 26 əsgərdən 6-sı barəsində cinayət işi başlanıb, onlar həbs edilib. Onların arasında üç zabit də var. Hərbçilərin heç biri zərərçəkmiş kimi tanınmayıb.

Oxşar xəbərlər