Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqladı


  • 29 Noyabr 2022 13:58

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 88 380 hərbçisi məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 911 tank, 5 866 zirehli maşın, 1 555 operativ-taktiki PUA, 1 901 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 261 helikopter, 531 qanadlı raket, 4 423 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər