İranda 5,3 bal gücündə zəlzələ olub


  • 24 Mart 2023 08:34

İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər), 30 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.

Oxşar xəbərlər