- 8 May 20:08
Türkiyənin İzmir şəhərinin Konak rayonunda iki qrup arasında silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
İnsidentin borca görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırımalara başlanılıb.
Şəbnəm Mehdizadə