Erinç Sağkan: "Türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyyə Ağaoğlu böyük aydınlardan olub"


  • 2 İyun 2023 12:17

"Türk dünyası Sürəyyə Ağaoğlunun fəaliyyətini hər zaman yüksək qiymətləndirir".

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Barolar Birliyinin sədri Erinç Sağkan türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyyə Ağaoğlu böyük aydınlardan olub.

Erinç Sağkan, həmçinin çıxışında Türkiyədə zəlzələdən zərərçəkənlərə göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

"Bildiyiniz kimi, fevralın 6-da baş verən zəlzələdə 50 mindən çox vətəndaşımız həyatını itirdi. Bu faciədə 123 həmkarımız həlak oldu. Azərbaycan ilk gündən Türkiyəyə dəstək odlu. Dost, qardaş Azərbaycana minnətdaram. Bu dəstək bizim üçün çox vacib idi", - deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər