- 12:11
"Baxmut istiqamətində rus işğalçıları itirilmiş mövqelərini geri qaytarmağa çalışsalar da, buna nail ola bilmirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, ruslar Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çatmaq üçün əsas səylərini şərqdə cəmləməyə davam edir: "Lakin müdafiə qüvvələrimizin güclü müqaviməti səbəbindən irəliləyə bilmirlər".
"Vəziyyət bir qədər dəyişir. Artıq bir neçə aydır ki, düşmən Şərqdə dörd istiqamətdə - Avdeyevski, Maryinka, Limansk və Baxmut ilə irəliləyir. Sonradan vaxtaşırı daha iki istiqamətdə intensivləşib. Şaxtyorsk və Kupyanski. Bu müddət ərzində düşmən Donetsk Luqansk vilayətlərinin sərhədlərinə çatacaq və uğursuzluğa düçar olacaq”, - deyə Malyar bildirib.
Malyar əlavə edib ki, üç istiqamətdə - Baxmut, Avdeyevski, Şaxtyorskdə ruslar gün ərzində hücum əməliyyatları keçirməyib: "Baxmut şəhərində vəziyyət şərti olaraq sabitdir. Biz cənuba-şəhərin qərb kənarına nəzarət edirik. "Vaqner" hələ şəhəri tam tərk etməyib. Onlar nizami ordunun dəstələrinə təlim keçir".
Şəbnəm Mehdizadə