İstanbulda 5 terrorçu saxlanılıb


  • 19 Sentyabr 2023 14:03

Türkiyənin İstanbul şəhərində PKK/KCK-nın Suriya qolu PYD/YPG daxilində fəaliyyət göstərməkdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbu Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində həmin şəxslərin təşkilatda fəaliyyət göstərdiyi dövrə məxsus fotoşəkillər və digər məlumatlar aşkarlanıb.

Bununla əlaqədar olaraq İstanbulun 6 bölgəsində - Ataşehir, Başakşehir, Bağcılar, Esenler, Güngören və Küçükçekmecedə 7 fərqli ünvanda 8 əcnəbiyə qarşı əməliyyat təşkil edilib.

Əməliyyatlar zamanı Onlardan 5-i saxlanılıb. Axtarışlar zamanı şübhəli şəxslərə aid rəqəmsal materiallar ələ keçirilib.

Digər şübhəli şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda şəxsiyyəti məlum olmayan bir Suriya vətəndaşının da aidiyyatı üzrə təhvil verildiyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər