- 10:33
"İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılaşmağa hazırdır".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Pezeşkian qeyd edib ki, İran müharibə axtarışında deyil və ABŞ ilə razılaşma istiqamətində irəliləməyə hazırdır. Onun sözlərinə görə, rəsmi Tehran daha əvvəl Vaşinqtonla əldə olunmuş razılaşma çərçivəsində danışıqları davam etdirmək niyyətindədir.
İran prezidenti müharibəyə son qoyulması ilə bağlı qərarın ABŞ-dən asılı olduğunu deyib. O, həmçinin İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində öhdəliklərinə sadiq qalacağını vurğulayıb.
Pezeşkian Yəməndəki husilərin fəaliyyətinə də toxunaraq onların qərarlarına görə özlərinin məsuliyyət daşıdığını və İrandan əmr almadıqlarını bildirib.
O, həmçinin İranın Ali Rəhbəri Müctəba Xamenei ilə təxminən bir ay əvvəl görüşdüyünü və onun səhhətinin yaxşı olduğunu söyləyib.
Şəbnəm Mehdizadə