Kolumbiya İranla diplomatik əlaqələri kəsib


  • 10:33

Kolumbiya hökuməti İranla diplomatik əlaqələri dayandırıb.

E-huquq.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi qərarın sentyabrın 19-da qəbul edildiyini açıqlayıb.

Nazirlik diplomatik əlaqələrin kəsilməsinə səbəb kimi İran administrasiyasının terror və narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən təşkilatlarla əlaqələrini, həmçinin milli və regional təhlükəsizliklə bağlı narahatlıqları göstərib.

Qərarın digər səbəbləri arasında İranda insan hüquqlarının pozulması, Yaxın Şərqdə münaqişə zonalarından kənarda hərbi fəaliyyətlər, Hörmüz boğazının bağlanması və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərinə çıxışının məhdudlaşdırılması da qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər