Zimbabvedə quraqlıqla bağlı fövqəladə vəziyyət elan edildi


  • 3 Aprel 18:09

Zimbabvedə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Emmerson Mnanqaqva məlumat verib.

Prezident Zimbabvenin ölkənin taxıl qıtlığı ilə üzləşdiyi üçün taxıl idxalına üz tutacaqlarını açıqlayıb.

O, quraqlıqla mübarizə aparmaq üçün 2 milyard dollara ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, qonşu ölkə Zambiyada da quraqlıq səbəbindən fevralın 29-da fövqəladə vəziyyət elan edilib. Bölgədəki ölkələrdən biri olan Malavinin 28 şəhərindən 23-də quraqlıq müşahidə olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər