- 20:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinliləri birləşməyə və İsraili məğlub etməyə çağırıb.
E-huquq.az xəbər verir ki, dövlət başçısı bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışıqlar zamanı deyib.
“Prezident Ərdoğan fələstinlilərin vahid cəbhə olaraq hərəkət etmələrinin həyati əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, İsrailə güclü cavab və ölkə üzərində qələbəyə gedən yol birlik və bütövlükdən keçir”, - Prezidentin ofisindən qeyd edilib.