Türkiyədə fabrikdə güclü yanğın olub


  • 29 May 11:39

Türkiyənin Bursa şəhərində fabrikdə yanğın baış verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bursanın Karacabey rayonunda avtomobil ehtiyat hissələri fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları göndərilib.

Təxminən iki saat sonra yanğın söndürülüb.

Yanğın nəticəsində fabrikə ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər