Hava Limanı - Mərdəkan yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıldı


  • 13 Oktyabr 2021 09:35

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verən ağır yol-nəqliyyat hadisəsi bağlı cinayət işi başlanılıb.

Bu barədə e-huquq.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, qəzayla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydaları pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb: "Hazırda hüquq-mühafizə orqanın əməkdaşları da hadisə yerindədir. Müvafiq ekspertizalar təyin olunacaq".

Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Oxşar xəbərlər