Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNDİ


  • 7 Dekabr 2022 19:24

Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

Bakının Xətai rayonunda qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinir.

Oxşar xəbərlər