Bakıda maşın qaçırıldı


  • 11 Aprel 13:20

Bakıda maşın qaçırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər