Cəlilabadda birmərtəbəli ev yanıb


  • 21 İyul 2024 23:02

Cəlilabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Fətullaqışlaq kəndində ümumi sahəsi 36 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər