Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı


  • 10 Avqust 12:00

Avqustun 9-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Oxşar xəbərlər