Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürdü


  • 6 Sentyabr 22:01

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə e-huquq.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər