Məhkəmədə hakimlə vəkil arasında insident baş verib


  • 23 İyun 2022 16:41

Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə vəkil Natiq Əliyev arasında insident baş verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb, hətta əlbəyaxa dava düşüb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Hadisənin tam təfərrüatı məlum deyil.

Oxşar xəbərlər