Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxıldı


  • 17 Sentyabr 14:47

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəhişdilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesə Elçin Sadıqovun vəkillərınin şikayəti təmin olunub.

Elçin Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qərara görə, Elçin Sadıqov 2023-cü il yanvarın 8-dək ev dustaqlığına buraxılıb. Bu barədə e-huquq.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev bildirib.

Qeyd edək ki, Elçin Sadıqov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilimişdi.

Elçin Sadıqovun barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edib. O, 2022-ci ilin avqust ayında onun müdafiəçisi, Vəkillər Kollgiyasının üzvü Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov itithamları qəbul etmir.

Oxşar xəbərlər