Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırası genişləndirilir


  • 26 May 2023 13:24

Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırası genişləndirilir.

E-huquq.az-ın xəbərinə görə, bu, "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə, Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.

“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Oxşar xəbərlər