Anasını öldürməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı


  • 30 May 2023 18:23

Bakıda anasını qətlə yetirməktə ittiham olunan Ziya Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşh akim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, fevralın 10-u saat paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb. Belə ki, 2007-ci il təvəllüdlü Z.Mansurov həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsi müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər