Fermadan oğurluq etməkdə ittiham olunan dəstə üzvləri hakim qarşısına çıxarılır


  • 1 İyun 2023 16:57

Bərdədə fermadan oğurluq etməkdə təqsirləndirilən Vüsal İsayev, Arzu Davidova və Anar Babaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gündüz Abbasovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttihama görə, Yevlax rayon sakini Vüsal İsayev, Arzu Davidova və Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babaşov öncədən planlaşdıraraq rayon ərazisində yerləşən fermaya daxil olub və oradan 10 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmiş şəxsə 2000 manat miqdarında ziyan vurublar. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər