- 8 May 21:45
Bakıda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Nail Həsənlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Anar Rzayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini Nail Həsənli Sabunçu qəsəbəsi ərazisində Zahir Rəhimovun pulunu soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə