Şəkidə kürəkənini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 26 Fevral 18:24

Şəkidə kürəkənini öldürməkdə təqsirləndirilən Cavid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü İsayev Cavid kürəkəni, Oğuz rayon sakini, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər