"Siyəzən-Broyler" cərimələnə bilər


  • 2 Aprel 17:52

"Siyəzən-Broyler" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Siyəzən Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Siyəzən-Broyler" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin baxış iclası aprelin 17-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər