Ölümlə nəticələnən qəza törətmiş sürücünün istintaqı başa çatdı


  • 22 Aprel 18:18

Göygöldə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Müşviq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Mustafayevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Göygöl rayonunun Hacıməlik ərazisində baş verib. Belə ki, kiçiktutumlu yük maşını "QAZel" ilə "KAMAZ"ın toqquşması nəticəsində 1946-cı il təvəllüdlü Həsən Musa uğlu Bayramov hadisə yerində keçinib, onun oğlu 1996-cı il təvəllüdlü Müşfiq Bayramov isə xəsarət alıb. M.Bayramova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər