Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 24 May 12:40

Lənkəranda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Sayadulla Əskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Nicat Ağabəyovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunun 3-cü kilometrliyində qeydə alınıb. Belə ki, Şağlaser kənd sakini 1939-cu il təvəllüdlü Əskərov Sayadulla Yadulla oğlu idarə etdiyi idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobil ilə piyada 1959-cu il təvəllüdlü Paşayev Firdosi Mansur oğlunu vurub. Nəticədə F.Paşayev hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər