Həyat yoldaşının qətlində təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 20 İyun 14:31

Qobustanda həyat yoldaşının qətlində təqsirləndirilən Mürsəl Cabarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 17-də keçiriləcək.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Mürsəl Cabarov həyat yoldaşı, 1982-ci il təvəllüdlü Günel Cabarovanı kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. M.Cabbarov hadisədən sonra özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər