Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edildi


  • 24 İyun 2022 18:08

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri əlavə edilib.

Oxşar xəbərlər

  • 30 Dekabr 2025 16:14
Prezident onu təltif etdi
  • 29 Dekabr 2025 21:30
Prezident fərman imzaladı
  • 29 Dekabr 2025 15:06
Prezident fərman imzaladı
  • 25 Dekabr 2025 18:14
Prezident fərman imzaladı