"Azərbaycan Pakistan-Hindistan məsələsində hər zaman haqq-ədalətin yanında olacaq"


  • 10:40

"Pakistan bizim yaxın dostumuzdur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Pakistan-Hindistan məsələsində hər zaman haqqın və ədalətin yanında olacaq.

"Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Hesab edirəm ki, bu münasibətlər davam edəcək və daha da möhkəmləndiriləcək", - deyə S.Seyidov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər