Ötən gün Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA


  • 12:37

Avqustun 1-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.

İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Oxşar xəbərlər