Azərbaycan XİN: Ana dilimizi qorumaq hər birimizin borcudur


  • 10:31

Bu gün Azərbaycan xalqının milli-mənəvi sərvəti olan ana dilimizin və əlifbamızın qorunması və gələcək nəsillərə ötürülməsinin rəmzi olan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.

"Milli kimliyimizin, zəngin ədəbi-mədəni irsimizin və dövlətçiliyimizin əsas sütunlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və beynəlxalq müstəvidə təbliği hər birimizin borcudur. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək",- o qeyd edib.

Oxşar xəbərlər