- 22 Sentyabr 17:39
Azərbaycanda son sutkada 2230 nəfər vaksinasiya olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 736, ikinci doza vaksinləri sayı 285-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1047-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 162 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 774 761, birinci doza peyvəndlərin ümumi sayı 5 357 725, ikinci doza vaksinlərin sayı 4 854 671 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 312 490, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 249 875 olub.