- 13:59
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2026-cı il oktyabrın 1-nə 15,363 milyard ABŞ dolları təşkil edib.
E-huquq.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-i ilə müqayisədə 62,1 milyon ABŞ dolları və ya 0,41 faiz artıb.
Eyni zamanda, AMB-nin valyuta ehtiyatları son bir ildə 4,053 milyard ABŞ dolları və ya 35,8 faiz artıb.
Belə ki, 2025-ci il oktyabrın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 11,310 milyard ABŞ dolları təşkil edib. 2026-cı il sentyabrın 1-də isə bu göstərici 15,301 milyard ABŞ dollarına çatıb.
Beləliklə, ötən ilin oktyabr ayının əvvəlindən cari ilin oktyabr ayının əvvəlinədək AMB-nin valyuta ehtiyatlarında 4 milyard ABŞ dollarından çox artım qeydə alınıb.
Məlumatda həmçinin Azərbaycanda pul bazasının dinamikası ilə bağlı göstəricilər açıqlanıb.
Qeyd olunub ki, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24,818 milyard manat təşkil edib.