- 11:47
Türkiyənin Şanlurfa vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Şanlurfanın Birecik rayonunda, Konak məhəlləsində qeydə alınıb.
Hadisə nəticəsində sürücülərdən biri həyatını itirib, yeddi nəfər isə xəsarət alıb.
Hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.
Xəsarət alanlar tibb qrupları tərəfindən Birecik Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə