- 16:55
Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, uçqun nəticəsində 7 mədənçinin dağıntılar altında qaldığı ehtimal edilir.
Onlardan ikisi xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb. Hazırda digər mədənçilərin axtarışı ilə bağlı xilasetmə işləri davam etdirilir.
Manisa Valiliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, valiliyin koordinasiyası ilə böhran mərkəzi yaradılıb.
Hadisə yerinə aidiyyəti qurumların zəruri qüvvə və vasitələri cəlb edilib.
Uçqunun səbəblərinin və hadisənin digər təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə