Türkiyədə mədən uçqunu nəticəsində ölənlərin sayı 5-ə çatıb


  • 11:06

Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədəndə baş verən uçqun nəticəsində ölən mədənçilərin sayı 5-ə çatıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun zamanı dağıntılar altında qalan 7 mədənçinin hamısı çıxarılıb. Onlardan 5-nin həyatını itirdiyi, 2-nin isə sağ xilas edildiyi bildirilib. Sağ çıxarılan mədənçilərdən birinin müalicəsi davam edir, digəri isə xəstəxanadan evə buraxılıb.

Manisa Valiliyi axtarış-xilasetmə işlərinin başa çatdığını açıqlayıb. Əməliyyatda AFAD, yanğınsöndürmə, jandarma, polis, səhiyyə və digər qurumların əməkdaşları, ümumilikdə 756 nəfər və 76 texnika iştirak edib.

AFAD sədri Əli Həmzə Pəhlivan və Manisa valisi Vahdettin Özkan hadisə yerində aparılan işlərlə bağlı məlumat alıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər