- 12:14
ABŞ-nin Ohayo ştatında 74 yaşlı qadının cərrahiyyə əməliyyatı zamanı səhv ayağının amputasiya edilməsi ilə bağlı xəstəxanaya qarşı məhkəmə iddiası qaldırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Marietta şəhər sakini və ordu veteranı Şeron Ceks 2025-ci ilin sentyabrında dəri xərçənginin müalicəsi üçün Selbi Xəstəxanasında əməliyyat olunub. Prosedur zamanı amputasiya edilməli olan sağ ayaq əvəzinə sol ayağı kəsilib.
İddiada bildirilir ki, cərrahiyyə qrupu düzgün ayağı əvvəlcədən işarələsə də, əməliyyat zamanı səhv ayaq amputasiya olunub. Səhv əməliyyat davam edərkən aşkarlanıb və Ceks ayılmamışdan əvvəl ailəsinə məlumat verilib.
Dörd ay sonra Ceksin sağ ayağı da amputasiya edilib. Nəticədə onun hər iki ayağı dizdən aşağı hissədən amputasiya olunub.
Məhkəmə iddiasında xəstəxana və cərrahiyyə qrupu da daxil olmaqla doqquz cavabdehin adı çəkilir.
Əməliyyatı həyata keçirən həkim Qreqori Krivçeniya II-nin təqaüdə çıxdığı, lakin tibbi fəaliyyət lisenziyasının qüvvədə qaldığı bildirilir.
Şəbnəm Mehdizadə