Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü


  • 19:49

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşməkdən məmnun oldum. Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığımıza verdiyi töhfələrə görə minnətdarlığımı bildirdim", - o qeyd edib.

M. Babayev K. Vatanabeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və diplomatik karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını ifadə edib.

Oxşar xəbərlər