- 12:14
Fransada orta məktəb şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdiyi etiraz aksiyalarında 202 nəfər xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftədən başlayan aksiyalar ölkə üzrə 356 məktəbi əhatə edib. Etirazlar zamanı bəzi məktəblərin qarşısında zorakılıq halları qeydə alınıb.
Fransanın təhsil naziri Eduard Jeffre bildirib ki, aksiyalar başlayandan 119 şagird və təhsil işçisi xəsarət alıb. Nazir şagirdlərin tələblərinin müzakirəsi üçün xüsusi “məsləhətləşmə” platformasının yaradılacağını açıqlayıb.
Daxili işlər naziri Loran Nunyes isə etirazlar zamanı 625 nəfərin saxlanıldığını və 83 təhlükəsizlik əməkdaşının xəsarət aldığını bildirib. Onun sözlərinə görə, aksiyalarda bəzi təhlükəsizlik əməkdaşlarına müxtəlif əşyalar atılıb və zorakılıq halları baş verib. Etirazlar zamanı xəsarət alan şagirdlərlə bağlı üç araşdırma aparılacağı açıqlanıb.
Şəbnəm Mehdizadə